"Udineze"nin oyunçuları penaltini kimin yerinə yetirəcəyini ilə bağlı mübahisə ediblər.
İdman.biz xəbər verir ki, hadisə Udine təmsilçisinin İtaliya A Seriyası 26-cı turu çərçivəsində səfərdə “Leççe”yə 1:0 hesabı ilə qalib gəldiyi oyunda olub.
"Udineze"nin oyunçuları kapitan Florian Tovenin penaltini yerinə yetirməsini istəsə də, Lorenzo Lukka topu götürərək kimsəyə verməyib.
Baş hakim Kevin Bonaçina uzun mübahisəyə görə hətta Lukkaya sarı vərəqə göstərib.
Xəbərdarlıq alan futbolçu 32-ci dəqiqədə penaltini yerinə yetirsə də, oyundaşları qol münasibətilə onu təbrik etməyib.
Üstəlik "Udineze"nin baş məşqçisi Kosta Runyaiç qoldan dərhal sonra onu əvəzləyib.
Qeyd edək ki, Lukka 10 qolla bu mövsüm A Seriyasında "Udineze"nin bombardiridir.
İdman.biz