Millimizin futbolçusu: “Belə soyuqda oynamaq çox çətindir”

Xəbərlər
22 Fevral 2025 16:48
126
Millimizin futbolçusu: “Belə soyuqda oynamaq çox çətindir”

“Bizim üçün önəmli olan evdə rəqibdən xal almaq idi, bunu da bacardıq”.

Bunu İdman.biz-ə Azərbaycan millisinin futbolçusu Vüsalə Seyfəddinova deyib.

O, Millətlər Liqasının I turu çərçivəsində Bakıda Monteneqro yığması ilə keçirilən oyunu dəyərləndirib. Seyfəddinovanın sözlərinə görə, qolsuz heç-heçə ilə bitən matçda komandasını qələbədən bir neçə amil ayırırıb: “Əsas heyətdən itkilərimiz, zədəlilərimiz vardı. Digər tərəfdən də hava şəraitinin əlverişsiz olması bizə mane olurdu. Rəqib fiziki baxımdan güclü olduğundan kifayət qədər problemlər yaradan komandadır. Əlbəttə ki, belə soyuqda oynamaq çox çətindir, ancaq əlimizdən gələnin ən yaxşısını etdik”.

Qeyd edək ki, C Liqasının 4-cü qrupunda yer alan millimiz növbəti oyununu aprelin 4-də səfərdə Litva yığmasına qarşı keçirəcək.

Aytac Sahəd
İdman.biz