Coşqun Diniyevin komandası evdə büdrəyib - VİDEO

Xəbərlər
22 Fevral 2025 20:12
48
Coşqun Diniyevin komandası evdə büdrəyib - VİDEO

Coşqun Diniyevin çıxış etdiyi "Çorum" Türkiyə 1-ci Liqasının 26-cı turunda xal itirib.

İdman.biz xəbər verir ki, azərbaycanlı futbolçunun komandası öz meydanında "Adanaspor"la qarşılaşıb.

Qonaqlar oyunda hesabı açsalar da, ikinci hissədə meydan sahibləri bərabərlik qolunu vurublar. Bu görüşdə Diniyev son dəqiqədə meydana daxil olub. Vacib iki xal itirən "Çorum" 39 xalla 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, Coşqunun komandası növbəti turda səfərdə "Iğdır"ın qonağı olacaq.

İdman.biz