Bu gün Misli Premyer Liqasında XXIV tura yekun vurulacaq.
İdman.biz xəbər verir ki, turun son günündə iki oyun keçiriləcək.
İlk matçda “Şamaxı” “Turan Tovuz”u qəbul edəcək. Ev sahibləri qələbə sayəsində mövqelərini yaxşılaşdımağa, qonaqlar isə liderdən uzaq düşməməyə çalışacaqlar.
Günün ikinci oyunu isə “Zirə” və “Kəpəz” arasında olacaq. Rəşad Sadıqovun yetirmələri görüşün aşkar favoritidirlər. Onlar 3 xal qazanacaqları halda, “Araz-Naxçıvan”a çatacaqlar. Gəncəlilər isə xal ehtiyatlarını artırmaq arzusundadırlar.
Qeyd edək ki, turun digər oyunlarında “Neftçi” evdə “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib, “Araz-Naxçıvan” “Səbail”lə 0:0, “Qarabağ” “Sabah”la 1:1 hesablı heç-heçə edib.
Misli Premyer Liqası
XXIV tur
23 fevral (bazar)
14:30. “Şamaxı” – “Turan Tovuz” - 0-1
Qol: Aleks Souza, 30
Baş hakim: Kamal Umudlu
“Şamaxı”: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 5. Arsen Ağcabəyov, 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 12. Maykl Tuik, 32. Vasiliye Radenoviç, 93. Brahim Konate, 66. Vasiliye Bakiç, 33. Alfons Msanqa
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 14. Vüsal Məsimov, 23. Murad Vəliyev, 18. Cəlal Hüseynov, 19. Fəxri Məmmədli, 89. Cəfər Muxtarov, 30. Andrey Tirkoveanu, 3. Vladislav Veremeyev
Baş məşqçi: Ayxan Abbasov
“Turan Tovuz”: 1. İvan Konovalov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 40. Kauan Martins, 21. Aleks Souza
Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 8. Tural Bayramlı, 11. Ayxan Hüseynov, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev. 30. Mircamal Əlizadə, 6. Araş Qaderi, 29. Anton Kraçkovski
Baş məşqçi: Kurban Berdiyev
Şamaxı şəhər stadionu
17:00. “Zirə” – “Kəpəz”
Baş hakim: Rauf Cabarov
Zirə İdman Kompleksi stadionu
1 |
Qarabağ |
24 |
18 |
3 |
3 |
60-15 |
57 |
2 |
Araz-Naxçıvan |
24 |
13 |
6 |
5 |
23-16 |
45 |
3 |
Zirə |
23 |
13 |
3 |
7 |
38-21 |
42 |
4 |
Turan Tovuz |
23 |
10 |
9 |
4 |
31-24 |
39 |
5 |
Sabah |
24 |
7 |
12 |
5 |
33-30 |
33 |
6 |
Neftçi |
24 |
6 |
9 |
9 |
22-32 |
27 |
7 |
Sumqayıt |
24 |
6 |
4 |
12 |
15-33 |
22 |
8 |
Şamaxı |
23 |
5 |
6 |
12 |
21-30 |
21 |
9 |
Kəpəz |
23 |
5 |
4 |
14 |
21-47 |
19 |
10 |
Səbail |
24 |
4 |
6 |
14 |
20-36 |
18 |
Bombardirlər: Leandro Andrade ("Qarabağ"), Cesse Sekidika (“Sabah”) - 9 qol, Coy-Lens Mikels (“Sabah”), Felipe Santos (“Araz-Naxçıvan”), Davit Volkov, Salifu Suma (hər ikisi “Zirə”) – 8.
İdman.biz