"Çox maraqlı oyun alındı. Hava şəraiti kəskin olsada, hər iki tərəf qarşılıqlı hücumlar edirdi. "Qarabağ"ın da, sonlarda bizim fürsətlərimiz oldu. Onları vursaydıq, qalib gələrdik. "Qarabağ" kimi rəqiblə matçda heç-heçədən razıyam".
İdman.biz xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Vasili Berezutski "Qarabağ"la matçdan sonra keçirilən mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis Misli Premyer Liqasının 24-cü turunda səfərdə qeydə alınan 1:1 hesablı heç-heçəni şərh edib: "Məşqlərdə bizim qədər hücumu sonlandırmasını işləyən komanda yoxdur. İnanıram ki, keyfiyyətə gətirib çıxaracağıq. Komandamın müdafiədən topla çıxmasından narazı qaldım. Qısa paslar zamanı itkilərimiz oldu".
Qeyd edək ki, "Sabah" son 7 oyunda cəmi 1 qələbə qazanıb.
İdman.biz