Rahilsiz "Radomyak" qalib gəlib

Xəbərlər
23 Fevral 2025 01:19
43
Rahilsiz "Radomyak" qalib gəlib

Azərbaycanlı futbolçu Rahil Məmmədovun çıxış etdiyi "Radomyak" Polşa çempionatında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, onun komandası doğma azarkeşlər qarşısında "Legiya" ilə üz-üzə gəlib.

Rahil 22-ci tur çərçivəsində keçirilən matçda meydana çıxmaq şansı qazanmayıb. Qarşılaşma Məmmədovun komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Radomyak" 24 xalla 13-cü pillədə qərarlaşıb. Radomyak təmsilçisi növbəti turda öz meydanın "Vidzev"lə qarşılaşacaq.

İdman.biz