Xabi Alonso Bundesliqada rekorda imza atıb

Xəbərlər
23 Fevral 2025 16:05
47
Xabi Alonso Bundesliqada rekorda imza atıb

Məşqçi Xabi Alonso Bundesliqada səfər oyunlarında rekord məğlubiyyətsiz seriyaya imza atıb.

İdman.biz xəbər verir ki, ispaniyalının rəhbərlik etdiyi "Bayer" 23-cü turun matçında "Holşteyn"ə qalib gəlib (2:0).

Bununla Leverkuzen klubunun Alonso ilə Almaniya çempionatı çərçivəsində rəqib meydanlarında məğlubiyyətsiz oyunlarının sayı 28-ə çatıb. "Bayer" səfərdə sonuncu dəfə 2023-cü il mayın 27-də - Bundesliqanın 2022/23-cü il mövsümünün axırıncı turunda "Boxum"a uduzub (0:3).

Alonso 1985-1992-ci illər arasında "Bavariya" və "Köln" komandaları ilə səfərdə ardıcıl 27 oyunda məğlub olmayan Udo Lattekin nailiyyətini yeniləyib.

İdman.biz