Oyun televiziya ilə yayımlanmayacaq - VİDEO

Xəbərlər
23 Fevral 2025 13:13
77
Oyun televiziya ilə yayımlanmayacaq - VİDEO

"Şamaxı" - "Turan Tovuz" oyunu yayımlanmayacaq.

İdman.biz xəbər verir ki, CBC Sport telekanalı sosial şəbəkə hesabında bu barədə paylaşım edib.

Bildirilir ki, bu gün Misli Premyer Liqasında keçiriləcək "Şamaxı" - "Turan Tovuz" oyunu yayımlanmayacaq: "24-cü turun bu oyununu göstərə bilməməyimizə səbəb bu gün səhər Bakı-Şamaxı yolunda əlverişsiz hava şəraiti ilə bağlı yaranmış ağır vəziyyət olub.
Komandalar, oyunun təşkilatçıları və digər rəsmilərin əksəriyyəti ötən gün Şamaxı şəhərinə gəliblər. "CBC Sport" isə 24-cü turun start görüşlərini yayımladığı üçün səfərə yalnız bu gün - fevralın 23-ü səhər saatlarında yola düşməli olub. Lakin Şamaxı şəhərinə 97 kilometr qalmış yoldakı vəziyyət daha da ağırlaşdığından və qəza şəraiti yarandığından heyətin və texniki avadanlığın təhlükəsizliyini nəzərə alaraq geri qayıtmaq haqqında qərar qəbul olunub".

CBC Sport sona qədər bu oyunun yayımlanması üçün çalışdıqlarını vurğulayıb: "Lakin bizim üçün şəxsi heyətin təhlükəsizliyi, insanların sağlamlığı və həyatı hər şeydən vacibdir. PFL, AFFA, "Şamaxı" və "Turan Tovuz" klublarına dəstək olduqları, bizimlə bu çətin anlarda daim əlaqədə olduqları və vəziyyəti anlayışla qarşıladıqları üçün minnətdarlığımızı bildiririk. Azarkeşlərdən və tamaşaçılardan bu oyunu yayımlaya bilmədiyimiz üçün üzr istəyirik".

Qeyd edək ki, Misli Premyer Liqası 24-cü turunun "Şamaxı" - "Turan Tovuz" matçı saat 14:30-a Şamaxı şəhər stadionuna təyin olunub. Tovuz təmsilçisi oyunun təxirə salınması ilə bağlı PFL-ə müraciət edib.

İdman.biz