Banişevskinin qızı: “Neftçi” uduzanda azarkeşlərin evimizin pəncərələrini daşla qırdıqları vaxtlar da olub” - VİDEO

Xəbərlər
23 Fevral 2025 14:29
55
Banişevskinin qızı: “Neftçi” uduzanda azarkeşlərin evimizin pəncərələrini daşla qırdıqları vaxtlar da olub” - VİDEO

Bu gün - 23 fevral əfsanəvi futbolçumuz Anatoli Banişevskinin doğum günüdür.

İdman.biz xəbər verir ki, "Neftçi" və SSRİ yığmasının sabiq hücumçusu yaşasaydı, 79 yaşını qeyd edəcəkdi.

PFL doğum günü münasibətilə Banişevski ilə bağlı videomaterial hazırlayıb.

Burada Banişevskinin qızı Milena xanımın atası ilə bağlı xatirələri də yer alıb:

“Neftçi” uduzanda azarkeşlərin evimizin pəncərələrini daşla qırdıqları vaxtlar da olub”.

“Onunla hər zaman fəxr edir və çox darıxıram”.

Qeyd edək ki, Banişevski 1997-ci ildə 51 yaşında vəfat edib.

İdman.biz