Serxio Ramos Meksikada debüt edib

Xəbərlər
23 Fevral 2025 20:26
41
Serxio Ramos Meksikada debüt edib

İspaniyalı müdafiəçi Serxio Ramos "Monterrey"in heyətində debüt edib.

İdman.biz xəbər verir ki, 38 yaşlı futbolçunun komandası Meksika çempionatında "San Luis"ə qalib gəlib - 3:1.

Meydana kapitan sarğısında çıxan Ramos 80-ci dəqiqədə əvəz olunub, qonaqlar da yeganə qolu məhz bundan sonra vurublar.

Oyundan sonra o, xoşbəxt olduğunu və futbol üçün darıxdığını bildirib.

Qeyd edək ki, Ramos sonuncu dəfə 2024-cü ilin mayında "Sevilya"nın heyətində meydana çıxmışdı.

İdman.biz