"Neftçi" daha bir neçə legioneri ilə yollarını ayırmaq istəyir.
İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, gözlənilən performansı göstərə bilməyən Dembo Darbonun "Neftçi"də qalmayacağı gözlənilir.
Paytaxt təmsilçisi Bassala Sambunun da gəlişindən sonra Darbonun yola salınmasını planlaşdırır.
26 yaşlı hücumçu 2024-cü il avqustun 28-də “Neftçi”yə keçib və onun Bakı klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Qeyd edək ki, Qambiya millisinin hücumçusu karyerası ərzində "Şkupi", "Şaxtyor"(Soliqorsk), "Əl-Nəsr", "Astana", "Ordabası" klublarında oynayıb.
İdman.biz