Güclü qar yağması səbəbindən təxirə salınan “Zirə” – “Kəpəz” oyununun yeni tarixi müəyyənləşib.
İdman.biz xəbər verir ki, bu barədə PFL məlumat yayıb.
Bildirilib ki, qərara əsasən, matç fevralın 24-də Zirə İdman Kompleksində keçiriləcək.
Qarşılaşmaya saat 16:00-da start veriləcək.
İdman.biz