Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun yeni klubu bəlli olub.
İdman.biz xəbər verir ki, 25 yaşlı hücumçu karyerasını Polşada davam etdirəcək.
Türkiyə "Ankaragücü"sündən ayrılan forvard "Radomyak"a keçməyə yaxındır. Renat millimizin digər oyunçusu Rahil Məmmədovla komanda yoldaşı olacaq. Bu transferin yaxın müddətdə gerçəkləşəcəyi gözlənilir.
Qeyd edək ki, 22 turdan sonra 24 xala malik “Radomyak” Polşa Ekstraklasasında 13-cü pillədə qərarlaşıb.
İdman.biz