19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti matçını keçirəcək.
İdman.biz xəbər verir ki, yığmamız Avropa çempionatının II seçmə mərhələsində son oyununa çıxacaq.
B Liqasının 4-cü qrupunda yer alan millimiz Monteneqro yığması ilə üz-üzə gələcək. Keçirdiyi hər iki görüşdə 0:4 hesabı ilə uduzan Həbib Ağayevin yetirmələri ilk qol və ilk xal üçün mübarizə aparacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
Qeyd edək ki, qrupun digər görüşündə Şimali İrlandiya ilə Albaniya qarşılaşacaq.
AVRO-2025-in II seçmə mərhələsi
B Liqası, 4-cü qrup
III tur, 24 fevral
17:30. Azərbaycan - Monteneqro
Baş hakim: Roksana Rekorean (Rumıniya)
“House of Football Natural Pitch” stadionu
1 |
Ş.İrlandiya |
2 |
2 |
0 |
0 |
7-0 |
6 |
2 |
Monteneqro |
2 |
1 |
0 |
1 |
2-4 |
3 |
3 |
Albaniya |
2 |
1 |
0 |
1 |
5-2 |
3 |
4 |
Azərbaycan |
2 |
0 |
0 |
2 |
0-8 |
0 |
İdman.biz