AFFA-nın əməkdaşları UEFA-nın seminarında

Xəbərlər
24 Fevral 2025 11:29
96
AFFA-nın əməkdaşları UEFA-nın seminarında

“UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda seminar keçirilib.

İdman.biz xəbər verir ki, tədbir Gürcüstanın paytaxtı Tbilisidə keçirilib.

UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə baş tutan seminarda AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları iştirak ediblər. Tədbirdə bir sıra mövzular müzakirə olunub:

- Növbəti mövsümdən etibarən klublara UEFA tərəfindən ödənilən həmrəylik ödəmələrinin lisenziyalaşdırma qaydalarında əks olunması və bu qaydalara uyğun olaraq idarə olunması;

- Gürcüstanda lisenziyalaşdırma sisteminin və infrastruktur layihələrinin inkişafı;

- Müxtəlif ölkələrdə lisenziyalaşdırma prosesi çərçivəsində klubların uşaq akademiyalarında monitorinq və yoxlamaların təşkili;

- Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı qaydalarında yeniliklər;

- Cari mövsümdən etibarən tətbiq edilən yeni hüquqi meyarın müzakirəsi və tətbiqi (klubların əmtəə nişanları, tarixi və idman nailiyyətləri);

- Bir neçə klubun eyni sahibkarlıqda olması ilə bağlı məsələlər;

- Lisenziar olan milli assosiasiyaların sertifikasiyası;

- UEFA-nın Lisenziyalaşdırma üzrə illik hesabatı;

- UEFA-nın milli assosiasiyalar arasında təcrübə mübadiləsi proqramı və s.

İdman.biz

Məqalədə: