Azərbaycan milli komandasının yoldaşlıq görüşü üçün daha bir rəqibi müəyyənləşib.
İdman.biz xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Millimiz Latviya yığması ilə qarşılaşacaq. Görüş iyunun 7-də Latviyanın paytaxtı Riqada baş tutacaq. Matçın başlama saatı və stadionu dəqiqləşməyib.
Qeyd edək ki, millimiz martın 25-də Belarus yığması ilə, iyunun 10-da isə Macarıstan seçməsi ilə ölkəmizdə yoldaşlıq görüşü keçirəcək.
İdman.biz