“Səbail”dən 50-ci sülh

Xəbərlər
24 Fevral 2025 12:03
107
“Səbail”dən 50-ci sülh

“Səbail” Premyer Liqada 50-ci heç-heçəsini edib.

İdman.biz xəbər verir ki, bu, Misli Premyer Liqasının XXIV turunda gerçəkləşib.

228-ci matçına çıxan Bakı klubu “Araz-Naxçıvan”la qolsuz sülhə imza atıb. “Səbail” evdə 27, səfərdə 23 heç-heçə edib.

Qeyd edək ki, “Səbail”in ilk bərabərliyi 2017-ci il noyabrın 25-də “Sumqayıt”la səfər görüşünə təsadüf edib – 0:0.

İdman.biz