Polşanın "Radomyak" klubu ilə müqavilə imzalayan Azərbaycan millisinin futbolçusu Renat Dadaşov keçidinə münasibət bildirib.
İdman.biz xəbər verir ki, o, Radom təmsilçisinin mətbuat xidmətinə transferinin alındığı üçün xoşbəxt olduğunu deyib.
25 yaşlı hücumçu azarkeşləri də komandasının oyununa çağırıb: “Cümə günü görüşürük, elə deyilmi?”.
Qeyd edək ki, Dadaşov polşalılarla 2025-ci il iyunun 30-dək nəzərdə tutulan müqavilə imzalayıb. O, millimizin digər oyunçusu Rahil Məmmədovla komanda yoldaşı olub.
İdman.biz