“Neftçi”nin müdafiəçisi həftənin komandasında

Xəbərlər
25 Fevral 2025 00:09
30
“Neftçi”nin müdafiəçisi həftənin komandasında

Seneqal mətbuatı ölkə xaricində çıxış edən futbolçulardan ibarət həftənin simvolik heyətini tərtib edib.

İdman.biz xəbər verir ki, rəmzi komandada “Neftçi”nin müdafiəçisi Mustafa Sek də yer alıb.

"Wiwsport" portalı 29 yaşlı müdafiəçinin Misli Premyer Liqasının XXIV turunda “Sumqayıt”a qarşı (1:0) görüşündəki çıxışını dəyərləndirib. Mustafa "Everton", "Genqam", "Yunion" futbolçuları ilə eyni heyətdə yer alıb.

Qeyd edək ki, Sek bu ilin yayından “Neftçi”də çıxış edir. O, paytaxt klubu ilə 2027-ci il iyunun sonuna kimi müqavilə imzalayıb.

İdman.biz