"Qalatasaray" "Fənərbağça" ilə qarşılaşmadan sonra rəqibin baş məşqçisi Joze Mourinyonu irqçilikdə ittiham edib.
İdman.biz xəbər verir ki, Türkiyə çempionatının 25-ci turunda İstanbul derbisi heç-heçə başa çatıb (0:0).
Mourinyo matçdan sonra "Qalatasaray"ın futbolçularının və məşqçilər korpusunun davranışını tənqid edib: “Hakimə təşəkkür etməliyəm. Haqqında danışdığım situasiyada rəqibin skamyasında oturanların hamısı meymun kimi tullanırdı. Oyunu türkiyəli hakim idarə etsəydi, Yusuf Akçiçek ilk dəqiqədə vərəqə alacaqdı, mən isə 5-ci dəqiqədə onu əvəz etməli olacaqdım”.
"Qalatasaray" Mourinyonun sözlərini türk xalqına qarşı hörmətsizlik adlandıran bəyanat yayıb: “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo Türkiyədə fəaliyyətə başladığı gündən türk xalqı haqqında daim aşağılayıcı açıqlamalar verib. Bu gün onun açıqlamaları əxlaqdan kənar şərhlərdən artıq qeyri-insani ritorikaya çevrilib".
"Sarı-qırmızılı" klub portuqaliyalı məşqçidən şikayət edəcəklərini bildirib: "Joze Mourinyonun irqçi bəyanatları ilə bağlı cinayət işi başlamaq, həmçinin UEFA və FIFA-ya rəsmi şikayətlər göndərmək niyyətində olduğumuzu rəsmən bəyan edirik".
İdman.biz