AFFA rəsmisi “Fənərbaxça”nın oyununda

Xəbərlər
25 Fevral 2025 11:31
35
AFFA rəsmisi “Fənərbaxça”nın oyununda

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.

İdman.biz xəbər verir ki, qurum rəsmisi Avropa Liqasının 1/8 final mərhələsinin matçında iş başında olacaq.

Məmmədov “Fənərbaxça” (Türkiyə) – “Reyncers” (Şotlandiya) oyununa təyinat alıb. O, görüşün Matç direktoru (UEFA Venue Director) olacaq.

Qeyd edək ki, qarşılaşma martın 6-da İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.

İdman.biz