"Mançester Yunayted" komandanın gələcək baş məşqçisi kimi Xavinin namizədliyini nəzərdən keçirir.
İdman.biz xəbər verir ki, "Qırmızı şeytanlar"ın Ruben Amorimin rəhbərliyilə çıxışı klubun rəhbərliyini məyus edir.
"Mançester Yunayted"in ötən ilin noyabrından bəri portuqaliyalı məşqçi ilə göstərdiyi ümumi nəticələr belədir: 22 oyun, 9 qələbə, 4 heç-heçə və 9 məğlubiyyət.
Premyer Liqada son üç oyunda qələbəyə həsrət qalan komanda 30 xalla 15-ci yerdədir. Vəziyyət tezliklə dəyişməsə, Xavinin gəlişi reallaşa bilər.
İdman.biz