“Turan Tovuz”un İdarə Heyəti AFFA-nın cəzasını şərh etməkdən qaçıb

Xəbərlər
25 Fevral 2025 13:14
54
“Turan Tovuz”un İdarə Heyəti AFFA-nın cəzasını şərh etməkdən qaçıb

“Turan Tovuz” AFFA İntizam Komitəsinin qərarına münasibət bildirməyəcək.

Bu barədə İdman.biz-ə klubun mətbuat katibi Süleyman Tağıyev məlumat verib.

O bildirib ki, İdarə Heyətinin qərarına əsasən sözügedən mövzuda klub heç bir açıqlama verməyəcək.

Qeyd edək ki, İntizam Komitəsi "Turan Tovuz"u 20 min manat cərimələyib. Buna səbəb Qərb təmsilçisinin “Şamaxı” ilə oyundan öncə yaydığı bəyanat olub.

Aytac Sahəd
İdman.biz