Millimizin qol həsrətinə son: Nə yaxşı ki, Monteneqro var - TARİXƏ BAXIŞ

Təhlil
25 Fevral 2025 15:18
62
Millimizin qol həsrətinə son: Nə yaxşı ki, Monteneqro var - TARİXƏ BAXIŞ

19 yaşadək qadınlardan ibarət Azərbaycan millisinin qol həsrəti sona çatıb.

İdman.biz xəbər verir ki, Avropa çempionatlarının seçmə mərhələlərində ardıcıl 15 oyun qol vura bilməyən yığmamız tilsimi qırıb.

Həbib Ağayevin baş məşqçisi olduğu komanda 2024/25 mövsümünün II seçmə mərhələsinin son turunda fərqlənib. Monteneqro ilə görüşdə Aysel Ziyadova sevinib. O, millimizin 1:2 hesabı ilə uduzduğu qarşılaşmanın 66-cı dəqiqəsində bərabərlik qolu vursa da, xal qazanmaq mümkün olmayıb.

Yığmamız bunadək sonuncu dəfə 2022-ci il oktyabrın 4-də qol sevinci yaşamışdı. Maraqlıdır ki, komandamız onda da Monteneqroya 1:2 hesabı ilə uduzub. Həmin vaxt millimizi Edanur Mutlu sevindirib. O, 17-ci dəqiqədə hesabı açlb.

874 gündən sonra qol vuran yığma 1498 dəqiqəlik həsrətə son qoyub. Bu müddətdəki 15 oyundan qolsuz ayrılan, 1 heç-heçə edən yığma 14 dəfə uduzub.

U-19-un (qadınlar) seçmə mərhələ oyunlarındakı qolsuz seriyası:
2022/23 mövsümü

04.10.2022. Monteneqro – 1:2
07.10.2022. Kipr – 0:4
10.10.2022. Xorvatiya – 0:1
08.04.2023. Monteneqro – 0:3
11.04.2023. Slovakiya – 0:4
2023/24 mövsümü
08.11.2023. Kosovo – 0:3
11.11.2023. Sloveniya – 0:9
14.11.2023. Moldova – 0:0
03.04.2024. Monteneqro – 0:4
06.04.2024. Bolqarıstan – 0:1
09.04.2024. Latviya – 0:4
2024/25 mövsümü
26.11.2024. İsveçrə - 0:8
29.11.2024. Estoniya – 0:3
02.12.2024. Kipr – 0:3
18.02.2025. Şimali İrlandiya – 0:4
21.02.2025. Albaniya – 0:4
24.02.2025. Monteneqro – 1:2

Qeyd edək ki, millimiz həm də son 9 görüşdə uduzub.

Vüqar Xeyrullayev
İdman.biz