FİFA-dan Türkiyə klubuna qadağa

Xəbərlər
25 Fevral 2025 15:29
48
FİFA-dan Türkiyə klubuna qadağa

Türkiyənin “Sivasspor” klubu cəzalandırılıb.

İdman.biz xəbər verir ki, bu barədə qərarı FİFA verib.

Qurum Super Liqa təmsilçisinə transfer qadağası qoyub. Sivas klubu 3 transfer pəncərəsində heyətinə yeni futbolçu qata bilməyəcək. Bu cəzaya klubun maliyyə və müqavilə öhdəliklərini yerinə yetirməməsi səbəb olub.

Qeyd edək ki, 24 oyunda 24 xal toplayan “Sivasspor” Super Liqanın turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.

İdman.biz

Məqalədə: