Argentinalı futbol veteranı: "Maradonanı Messidən üç dəfə çox vurub yerə yıxıblar"

Xəbərlər
25 Fevral 2025 17:45
44
Argentinalı futbol veteranı: "Maradonanı Messidən üç dəfə çox vurub yerə yıxıblar"

Argentina millisinin və Madrid "Real"ının keçmiş hücumçusu Xorxe Valdano futbolda kobudluğun televiziya sayəsində azaldığını düşünür.

İdman.biz xəbər verir ki, 69 yaşlı veteran futbolçu bu barədə Madriddəki Servantes İnstitutunun baş qərargahında “İdman ədəbi tamaşa kimi” adlı söhbətdə danışıb.

Valdano televiziyanın əhəmiyyətini vurğulayaraq belə deyib: "Düşünürəm ki, biz futbol matçını korlayan bəzi şeylərdən artıq qurtulmuşuq. Televiziya bu işdə kömək edib. İndi 25 il əvvələ nisbətən daha az kobudluq var. Maradonanı Messidən üç dəfə çox vurub yerə yıxıblar".

İdman.biz