Azərbaycanlı futbolçu San Marino klubunun hədəfində

Xəbərlər
25 Fevral 2025 16:52
42
Azərbaycanlı futbolçu San Marino klubunun hədəfində

Azərbaycanlı futbolçu Raul Yaqubzadə San Marinonun iddialı klubuna keçə bilər.

İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, 21 yaşlı hücumçu San Marinonun avrokuboklarda uzun illərdir təmsil edən ölkə çempionu "Virtus"un transfer siyahısındadır.

Komanda Yaqubzadəni mövsümün sonunda heyətinə qatmağa çalışacaq. Bununla bağlı onun hazırda formasını geyindiyi "Faetano" ilə danışıqlar da aparılacaq. Yaqubzadənin klubu ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, mövsümü əvvəlində bu kluba keçib. Yaqubzadə bundan əvvəl "Sansepolkro", “Nuova Florida”, "İmoleze" komandalarında, həmçinin "Peruca"nın aşağı yaş qruplarında oynayıb.

İdman.biz