"Qarabağ"ın qış transferi dövründə maraqlandığı Leandro Qodoy keçidinin baş tutmamasının səbəbi bəlli olub.
İdman.biz xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatında məlumat yer alıb.
"Maç Teleqraf" nəşrinin yazdığına görə, onun formasını geyindiyi "Beroe" 24 yaşlı futbolçu üçün yüksək məbləğ tələb edib. 2 milyon avro istəyən bolqarlar yalnız 100 min güzəştə getməyə razı olublar. Görünür, bu rəqəm "Qarabağ"ı razı salmayıb və keçid baş tutmayıb.
Argentinalı hücumçunun "Beroe" ilə 2027-ci ilin yayına kimi müqaviləsi var. Leandro mövsümdə 17 oyunda 12 dəfə fərqlənib.
Qeyd edək ki, Ağdam klubu ilə yanaşı Moskva "Lokomotiv"i də Qodoyla maraqlanıb.
İdman.biz