Portuqaliya kubokunda görünməmiş hadisə yaşanıb.
İdman.biz xəbər verir ki, yarışın tarixində ilk dəfə 4-cü divizion klubu yarımfinala yüksəlib.
Bu uğura “Tirzense” imza atıb. 1/4 finalda “U Elvaş”la qarşılaşan komanda 2:0 hesablı qələbə ilə yarımfinala adlayıb.
Qeyd edək ki, “Tirzense” yarımfinalda “Benfika” – “Braqa” cütünün qalibi ilə üz-üzə gələcək.
İdman.biz