XXI əsrdə ən çox rəsmi oyun keçirən futbolçular bəlli olub.
İdman.biz xəbər verir ki, İFFHS 2001-24-cü illərdə 900 və daha çox matça çıxanların siyahısını açıqlayıb.
Buna 30 futbolçu nail olub. Onlardan 7-si 1000 və ya daha çox görüşə çıxıb.
Siyahıya Kriştiano Ronaldo başcılıq edir. İkinci sırada Fabio qərarlaşıb. İlk “üçlüy”ü qapayan Lionel Messi liderlərdən böyük fərqlə geri qalır.
1. Kriştiano Ronaldo - 1255
2. Fabio – 1215
3. Lionel Messi – 1083
4. Luka Modriç – 1074
5. Dani Alves – 1056
6. Joze Moutinyo – 1037
7. Edin Dzeko – 1000
İdman.biz