"Mənim də gerçəkləşdirmək istədiyim planlarm var".
İdman.biz xəbər verir ki, bunu "Sportlife.az"-a açıqlamasında "Şamaxı"nın qapıçısı Kamal Bayramov deyib.
O, UEFA lisenziyasına sahib olmaq istədiyini bildirib: "C kateqoriyalı məşqçi kurslarındayam. Kurslarımız davam edir. İnşallah, bunu bitirib UEFA lisenziyasına sahib olmaq istəyirəm".
39 yaşlı qolkiper mövsümün sonunda futbolçu karyerasını bitirəcəyini söyləyib: "Futbolçu kimi son mövsümümü keçirirəm. Yayda karyeramı bitirəcəm".
Qolkiper futbolla vidalaşdıqdan sonra da bu sahədə çalışmaq istədiyini vurğulayıb: "Qapıçı məşqçisi kimi çalışmaq istəyirəm. Planlarım var. Gələcəkdə futbol sahəsində qalaraq, bunları həyata keçirməyə çalışacam".
İdman.biz