Azərbaycanlı futbolçuların Türkiyə kubokunda dueli baş tutmayıb.
İdman.biz xəbər verir ki, Coşqun Diniyev və Vüsal İsgəndərli qrup mərhələsinin son turunda meydana çıxmayıblar.
Coşqunun komandası "Çorum" öz meydanında Vüsalın çıxış etdiyi "Boluspor"la qarşılaşıb. Oyun 2:1 hesabı ilə birincilərin qələbəsi ilə başa çatıb. Hər iki təmsilçimizin adı böyük əhəmiyyət kəsb etməyən matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, qrup mərhələsinin son turunun nəticələrinə görə, "Çorum" 3 xalla 5-ci, xalsız "Boluspor" isə sonuncu pillədə qərarlaşıb.
İdman.biz