Zamiq Əliyev Albaniya kubokunun yarımfinalında

Xəbərlər
26 Fevral 2025 19:51
117
Zamiq Əliyev Albaniya kubokunun yarımfinalında

Azərbaycan yığmasının müdafiəçisi Zamiq Əliyev Albaniya kubokunun yarımfinalına yüksəlib.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi "Eqnatiya" 1/4 finalda "Bilis"i mübarizədən kənarlaşdırıb.

Səfərdə 3:1 hesabı ilə qalib gələn Zamiqin komandası cavab matçında doğma azarkeşlər qarşısında eyni uğuru təkrarlaya bilməyib. Görüş 2:2 hesabı ilə yekunlaşıb. 90 dəqiqə meydanda olan Əliyev 1-ci hissədə sarı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, "Eqnatiya"nın növbəti rəqibi 1/4 final mərhələsi başa çatdıqdan sonra bəlli olacaq.

İdman.biz