Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.
İdman.biz xəbər verir ki, ilk yarımfinalçı Tofiq Bəhramov adına Respublika Stadionunda müəyyənləşəcək.
Turnirin son qalibi “Qarabağ” səfərdə məğlub etdiyi “Səbail”lə görüşəcək. Günə Sumqayıtda yekun vurulacaq. Şəhərin eyniadlı komandası “Sabah”ı qəbul edəcək.
Qeyd edək ki, 1/4 final mərhələsinə sabah yekun vurulacaq.
Azərbaycan kuboku
1/4 final, cavab oyunları
27 fevral
16:00. “Qarabağ” – “Səbail”
Baş hakim: Cavid Cəlilov
Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun – 1:0
19:30. “Sumqayıt” – “Sabah”
Baş hakim: Elçin Məsiyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
İlk oyun – 0:0
İdman.biz