“Mingəçevir”in oyunu təxirə salınıb

Xəbərlər
27 Fevral 2025 10:42
49
“Mingəçevir”in oyunu təxirə salınıb

Azərbaycan çempionatında daha bir oyun təxirə salınıb.

İdman.biz xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

I Liqanın "Mingəçevir" - "Difai" oyunu hava şəraiti ilə əlaqədar təxirə salınıb. Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda keçirilməli olan qarşılaşma saat 14:00-a planlaşdırılmışdı. Matçın yeni vaxtı hələ dəqiqləşməyib.

Qeyd edək ki, turun bu gün keçiriləcək digər matçında “Baku Sportinq”lə “Cəbrayıl” üz-üzə gələcək.

İdman.biz