Müxtəlif qitələrin Çempionlar Liqalarındakı ən uzun məğlubiyyətsiz seriyalar açıqlanıb.
İdman.biz xəbər verir ki, İFFHS-in siyahısında 18 və ya daha çox matçda uduzmayan 7 komanda yer alıb.
Dünya rekordu Yeni Zelandiyanın “Oklend Siti” klubuna məxsusdur. Bu komanda Okeaniyanın Çempionlar Liqasında 29 matçlıq seriyaya imza atıb. Afrikada 27 oyunluq məğlubiyyətsizliyə malik Misir təmsilçisi "Əl-Əhli” ikincidir.
Bu komandalara həsəd aparan Avropa klubları arasında ən yaxşısı “Mançester Siti”dir. İngiltərə təmsilçisi 24 oyunluq seriyaya imza atıb.
1. “Oklend Siti” - 29
2. “Əl-Əhli” – 27
3. “Mançester Siti” – 26
4. “Ulsan Hyundai” – 21
5-7. “Monterrey” – 18
“Atletiko Mineyro” – 18
“Palmeyras” – 18
İdman.biz