"Neftçi"nin sabiq futbolçusu Erik Ramosun Sportal.az saytına müsahibəsi
- Sizin dövrünüzdə çempionluqlar qazanan və liqada dominantlıq edən “Neftçi”nin hazırda turnir cədvəlində 6-cı pillədə olması gözlənilməzdir?
- "Neftçi" son 10 ildə cəmi bir dəfə çempion ola bildi. Buna təəccüblənmirəm. Futboldur, hər şey mümkündür. Hər mövsüm çempionluq asan olmur. Amma qəribə orasındadır ki, ildən-ilə “Neftçi”nin nəticələri daha da pisləşir.
- "Neftçi" "Qarabağ"dan 30 xal geri qalır. Ancaq çoxları bu mövsüm "Neftçi"nin "Qarabağ"la çempionluq uğrunda mübarizə aparacağını düşünürdü...
- Təbii ki, xal fərqi çox yüksəkdir. Statistikanı bilmirəm. Amma məncə, “Neftçi” ilk dəfədir ki, ilk pillədəki komandadan bu qədər uzaqlaşıb. Çempionluq mübarizəsindən bu qədər erkən vidalaşmaq...Nə bilim. Çox heyf.
- "Neftçi" 2 tur əvvəl “Qarabağ”la qarşılaşdı. Özü də “Qarabağ” uzun müddət meydanda 10 futbolçu ilə oynadı. Lakin “Neftçi” “Qarabağ”a uduzub. Sizcə, “Neftçi” niyə “Qarabağ”la rəqabət apara bilmir? Sonuncu dəfə “Qarabağ”ı 4 il əvvəl məğlub edə bilmişdilər...
- "Qarabağ"ın üstünlüyü çox böyükdür. Derbidə 4 ildir ki, "Neftçi" qalib gələ bilmir. "Neftçi" kimi böyük klub bu vəziyyətdən keçməməlidir. Düşübsə belə, tez bir zamanda çıxmalıdır. Amma vəziyyət bəllidir.
- "Neftçi" avrokuboklara gedə bilər. Ən asan və yeganə yol Azərbaycan kubokunu qazanmaqdır. Sizcə, turnir cədvəlində 6-cı yerdə olan “Neftçi” ölkə kubokunu qazana bilər?
- Bəli, kubok Avropada oynamaq üçün yeganə ümid yoludur. Premyer Liqadakı uğursuz dönəmi unutmaq lazımdır. Kubok matçları isə xüsusidir. Çünki kubokda uğursuz ola bilməzlər. Bütün oyunlar “Neftçi” üçün finaldır. Ümidvaram ki, bu turnirdə uğur qazanarlar.
- Hazırda “Neftçi”də çıxış edən hansı futbolçunu daha çox bəyənirsiniz?
- Həqiqət budur ki, “Neftçi”də fərq yaradan futbolçu yoxdur. Komanda çox qeyri-sabitdir. Adaptasiyaya ehtiyacı olan yeni oyunçular və bir neçə ildir orada olan, lakin pis anlar yaşayan oyunçular tapa bilmirəm.
İdman.biz