Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş martda Belarusa qarşı keçiriləcək yoldaşlıq oyunu üçün heyətə sürpriz futbolçu dəvət edəcək.
İdman.biz Sportlife.az saytına istinadən xəbər verir ki, "Qəbələ"nin 10 nömrəli oyunçusu Şahin Şahniyarov portuqaliyalı mütəxəssisin diqqətini cəlb edib.
Son zamanlar I Liqanın oyunlarını izləyən Santuş 20 yaşlı mərkəz yarımmüdafiəçisini "kəşf" edib.
Qeyd edək ki, Azərbaycan - Belarus matçı martın 25-də keçiriləcək.
İdman.biz