“Mingəçevir”in oyunu ilə bağlı qərar

Xəbərlər
27 Fevral 2025 15:24
50
“Mingəçevir”in oyunu ilə bağlı qərar

Əlverişsiz hava səbəbindən təxirə salınan “Mingəçevir” – “Difai” qarşılaşmasının yeni tarixi müəyyənləşib.

İdman.biz xəbər verir ki, bu barədə qərarı PFL verib.

Görüş sabah baş tutacaq. Matç Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydançasında keçiriləcək. Qarşılaşma saat 14:00-da başlanacaq.

Qeyd edək ki, oyun bu gün keçirilməli idi.

İdman.biz