Federasiya kubokun yarımfinalçısının fəaliyyətini dayandırmasını təsdiqləyib

Xəbərlər
27 Fevral 2025 17:35
41
Federasiya kubokun yarımfinalçısının fəaliyyətini dayandırmasını təsdiqləyib

Fransanın “Tur” klubu fəaliyyətini dayandırıb.

İdman.biz xəbər verir ki, Fransa Futbol Federasiyasının (FFF) İcraiyyə Komitəsi klubla bağlı qərarı təsdiqləyib.

Bir vaxtlar Patrik Vieyra və Olivye Jirunun da formasını geyindiyi “Tur”un ləğvi ilə bağlı ilkin qərar 2024-cü il iyunun 25-də verilsə də, iyulun 19-da apelyasiya proseduru çərçivəsində dayandırılmışdı. Lakin klubun maliyyə problemləri həll olunmadığı üçün yanvarın 30-da Orlean məhkəməsi “Tur”u ləğv etməyə qərar verib ki, FFF də bunu təsdiqləyib.

Qeyd edək ki, cari mövsümdə 6-cı divizionda çıxış edən “Tur” ötən əsrin 80-ci illərində Liqa1-də oynayıb və iki dəfə kubokun yarımfinalına yüksəlib.

İdman.biz

Məqalədə: