Byorn Kuypers Azərbaycan hakimlərinə emblem təqdimatında iştirak edib - FOTO

Xəbərlər
27 Fevral 2025 16:07
52
Byorn Kuypers Azərbaycan hakimlərinə emblem təqdimatında iştirak edib - FOTO

Bu gün “Marriott Baku Boulevard” otelində 2025-ci ildə FIFA hakimi kimi fəaliyyət göstərəcək referi və referi köməkçilərinə müvafiq emblemlər təqdim olunub.

İdman.biz xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Tədbirdə assosiasiyanın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katibi Cahangir Fərəcullayev, Hakimlər Komitəsinin sədri Frank De Bleker və qurumun dəvəti ilə Bakıda səfərdə olan UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypers iştirak ediblər. Ümumilikdə 17 ədalət təmsilçisinə emblem təqdim olunub.

Referilər:
1. Əliyar Ağayev
2. Elçin Məsiyev
3. Kamal Umudlu
4. Fəridə Lütfəliyeva

Referi köməkçiləri:
1. Zeynal Zeynalov
2. Akif Əmirəli
3. Elşad Abdullayev
4. Pərvin Talıbov
5. Namiq Hüseynov
6. Vüsal Məmmədov
7. Gülnurə Əkbərzadə
8. Sevda Nurıyeva

VAR hakimləri:
1. Əliyar Ağayev
2. Elçin Məsiyev

Futzal:
1. Hikmət Qafarlı
2. Knyaz Əmiraslanov
3. Əli Cəbrayılov

Çimərlik futbolu:
1. İnqilab Məmmədov
2. Nail Nağıyev

İdman.biz

Məqalədə: