Vasili Berezutski: "Hamının şansları bərabərdir"

Xəbərlər
27 Fevral 2025 23:07
35
Vasili Berezutski: "Hamının şansları bərabərdir"

"Kubok oyunları heç vaxt asan keçmir".

İdman.biz xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Vasili Berezutski Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis səfərdə "Sumqayıt" üzərində qazanılan 4:0 hesablı qələbəni şərh edib: Bu gün demək olar ki, əvvəlki iki oyunda "Sumqayıt"ın qapısına vurmadığımız bütün qolları vurduq. Futbolçularımın hər birinə təşəkkür edirəm. Kubokda hamının şansları bərabərdir. Əvvəldən nəsə deməyək. "Neftçi" sabah cavab görüşünə çıxacaq. Bütün oyunlara eyni cür hazırlaşırıq. Hava şəraitinə görə qapıya zərbələri çox məşq etməmişdik. Həmişə demişəm ki, kəmiyyət mütləq keyfiyyətə çevriləcək".

Qeyd edək ki, "Sabah" yarımfinalda "Neftçi" - "Kəpəz" (2:0) cütünün qalibi ilə qarşılaşacaq.

İdman.biz