AFFA-dan klublara cəza: Əsasnaməni pozan “Qarabağ”a cərimə

Xəbərlər
28 Fevral 2025 12:05
222
AFFA-dan klublara cəza: Əsasnaməni pozan “Qarabağ”a cərimə

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

İdman.biz xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının XXIV turunda baş verənlər müzakirə olunub.

“Neftçi” – “Sumqayıt” oyununda 4 sarı vərəqə alan qonaq komanda 700 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Səbail” matçında 5 xəbərdarlıq alan meydan sahiblərinin də cəzası eyni olub.

“Qarabağ” – “Sabah” qarşılaşmasında Əsasnamənin tələbləri pozulduğuna görə Ağdam klubu 500 manat cərimələnib.

“Şamaxı” – “Turan Tovuz” qarşılaşmasında 4 sarı vərəqə alan meydan sahibləri 700 manat xərcə düşüb.

İdman.biz