“Kür-Araz” oyuna çıxmayıb

Xəbərlər
28 Fevral 2025 14:53
111
“Kür-Araz” oyuna çıxmayıb

II Liqada XIV turun “Şahdağ Qusar” – “Kür-Araz” qarşılaşması baş tutmayacaq.

İdman.biz xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Buna səbəb “Kür-Araz”ın təyin edilmiş vaxtda stadiona gəlməməsidir. Matçla bağlı yekun qərar AFFA İntizam Komitəsi tərəfindən veriləcək.

Qeyd edək ki, meydan sahibi komanda, oyun rəsmiləri təyin olunan vaxtda stadion olub və stadion oyun üçün tam hazır vəziyyətə gətirilib.

İdman.biz