Azərbaycan yığmasının futbolçusu Renat Dadaşov "Radomyak"ın heyətində debüt edib.
İdman.biz xəbər verir ki, o, Polşa çempionatında keçirdiyi ilk oyunda fərqlənib.
"Vidzev"lə qarşılaşmanın 80-ci dəqiqəsində meydana daxil olan Renat 10 dəqiqə sonra komandasını məğlubiyyətdən xilas edib - 1:1. "Radomyak"da çıxış edən Azərbaycan millisinin digər üzvü Rahil Məmmədov isə bu görüşdə meydana çıxmaq şansı qazanmayıb.
Qeyd edək ki, "Radomyak" 23 turdan sonra 25 xalla 13-cü pillədə qərarlaşıb. Komanda növbətini oyununu martın 3-də səfərdə "Krakoviya"ya qarşı keçirəcək.
İdman.biz