"Qızıl top"un sahibi məşqlərə başlayıb - FOTO - VİDEO

Xəbərlər
1 Mart 2025 10:31
105
"Qızıl top"un sahibi məşqlərə başlayıb - FOTO - VİDEO

"Mançester Siti"nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri zədəsini sağaldaraq topla məşqlərə başlayıb.

İdman.biz xəbər verir ki, ötən ilin sentyabrında zədələnən 28 yaşlı futbolçunun ayağında çarpaz bağlar yırtılmışdı.

"Mançester Siti"nin sosial media hesablarında Rodrinin məşq videosu "Sağalmağa doğru” şərhi ilə paylaşılıb.

Qeyd edək ki, Rodri 2024-cü ildə “Qızıl top” mükafatına layiq görülüb.

İdman.biz

Məqalədə: