“Real” 2026-cı ildə yeni müdafiəçi almağı planlaşdırır.
İdman.biz xəbər verir ki, İspaniya nəhəngi həmin vaxt müqavilələri başa çatacaq David Alaba və Antonio Rudiferi əvəzləyəcək müdafiəçilər axtarır.
Madrid təmsilçisinin əsas hədəfi “Arsenal”ın 23 yaşlı futbolçusu Vilyam Salibadır. Fransalının 2027-ci ilin yayında azad agent kimi heyətə qatılması da nəzərdən keçirilir. Lakin anlaşmanın sonuna bir il qalmış uyğun qiymətə transfer də istisna edilmir.
Qeyd edək ki, Saliba cari mövsümün 36 matçında 2 qol vurub.
İdman.biz