145 milyonluq stadion

Xəbərlər
1 Mart 2025 15:34
55
145 milyonluq stadion

Xorvatiya millisinin və Zaqreb “Dinamo”sunun ev oyunlarını keçirdiyi “Maksimir” stadionu yenilənəcək.

İdman.biz xəbər verir ki, idman qurğusu tamamilə söküləcək və yerində yeni arena inşa olunacaq.

Müasir stadionun layihəsi 145 milyon funt sterlinqlə qiymətləndirilir. Arenanın tamaşaçı tutumu da artırılacaq.

Stadionun sökülməsinə 2026-cı ilin sonlarında başlanılacaq. Yeni arenanın 2028/29 mövsümünün gedişində istifadəyə verilməsi gözlənilir.

İdman.biz

Məqalədə: