“Çelsi” 17 yaşlı müdafiəçi alır

Xəbərlər
1 Mart 2025 15:22
47
“Çelsi” 17 yaşlı müdafiəçi alır

“Çelsi” heyətinə yeni futbolçu qatır.

İdman.biz xəbər verir ki, İngiltərə klubu Denner Evanjelistanı transfer edəcək.

“Korintians”da çıxış edən 17 yaşlı braziliyalı müdafiəçi U-20-də forma geyinir. Keçid üçün 15 milyon avro ödəniləcək. Braziliya təmsilçisi onun gələcək satışından da pay alacaq.

Qeyd edək ki, Denner 2026-cı ilin yayında “Çelsi”yə qoşulacaq.

İdman.biz