“Ağdaş” stadionu qardan təmizləməkdən imtina edib

Xəbərlər
1 Mart 2025 16:41
49
“Ağdaş” stadionu qardan təmizləməkdən imtina edib

Bu gün II Liqanın XIV turu çərçivəsində keçirilməli olan “Ağdaş” – “Şimal” qarşılaşması baş tutmayacaq.

İdman.biz xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Buna səbəb meydan sahibi klubun qarla örtülmüş ot örtüyünü oyunun reallaşması üçün minimal vəziyyətə gətirmək yönündə hər hansı addım atmamasıdır. 14:00-a təyin olunan oyunla əlaqədar qonaq komanda, hakimlər, AFFA nümayəndəsi, oyun rəsmiləri təyin olunan vaxtda stadionda olublar.

Peşəkar Futbol Liqası tərəfindən “Ağdaş” klubuna tövsiyələr və 90 dəqiqə əlavə vaxt verilməsinə baxmayaraq, oyunun baş tutması üçün hər hansı cəhd edilməyib. Matçla bağlı yekun qərar AFFA İntizam Komitəsi tərəfindən veriləcək.

İdman.biz

Məqalədə: